Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC-100” inkişaf strategiyasının icrası istiqamətində görülən işlər barədə prorektorların hesabatları dinlənilib.
Prorektor dosent Gəray Musayev tədris sahəsi üzrə ötən ilin icra göstəricilərinin yerinə yetirilməsi haqqında hesabatla çıxış edib. Hesabatda universitet üzrə keçid balının yüksəldilməsi, ingilis dilində təhsil və beynəlxalq ikili diplom proqramlarının sayının artırılması, təhsil proqramlarının akkreditasiyası, ömür boyu təhsil proqramı üzrə təhsil xidmətləri, ölkədə və regionda ən geniş distant təhsil xidmətləri təklif edən universitetə çevrilmək, təhsilalanların zəruri bilik və bacarıqlarının daim təkmilləşdirilməsi və digər istiqamətlərdə görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, 2022-ci il üzrə ingilis dili imtahanı vermiş bakalavrlar arasında nəticəsi ən azı B-1 olan tələbələrin payı 88 faiz olub, 47 tələbə beynəlxalq mübadilədə iştirak edib, 125 tələbə beynəlxalq şirkətlərdə təcrübə proqramı qazanıb. Ümumi müəllimlərin sayında fəlsəfə doktorlarının payı 53 faiz, 40 yaşadək müəllim payı isə 25 faizə çatdırılıb. 2021-ci illə müqayisədə akademik mübadilədə iştirak edən müəllimlərin sayı 3 dəfə, akademik mübadilə aparılan universitetlərin sayı 7,5 dəfə artıb. Ötən il yaradılmış Ömürboyu təhsil mərkəzi tərəfindən 9 korporativ təlim həyata keçirilib ki, bu da 2022-ci ilin proqnozundan 1,8 dəfə çox olub.
Hesabat dinlənildikdən sonra 2023-cü il üzrə hədəflər barədə fikir mübadiləsi aparılıb.
Tehsil-press.az