Tarix boyu başı çox qovğalar çəkmiş, dəfələrlə müstəqilliyini itirmiş, hətta zamanın tozlu dolanbaclarında yoxa çıxmaq təhlükəsi ilə üzləşmiş Azərbaycan hər dəfə simurq kimi öz küllərindən doğulub pərvazlanmağı, yenidən öz varlığını və qüdrətini dünyaya sübut etməyi bacarıb, malik olduğu milli dəyərləri ilə! Bu dəyərlərdən biridir müasir Azərbaycanımızın qurucusu, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev! Vətən sevgisi, xalqa bağlılığı, dövlətə sədaqəti ilə hər kəsə örnək olan, zəkası, dühası, istedadı, uzaqgörənliyi, qətiyyəti ilə bütün dünyada tanınan, ömrünü xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr edən tarixi şəxsiyyətdir O! Elə bir tarixi şəxsiyyət ki, ən çətin zamanlarda belə həm dövlətin, həm də xalqının xilaskarına çevrilməyi bacarmışdı.
Bu fikirlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudovanın “Ulu Öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Ümummilli Lider Heydər Əliyevin adı təkcə Azərbaycanın tarixinə deyil, həm də dünya siyasətinin tarixinə fenomenal şəxsiyyət, dahi lider, uzaqgörən dövlət başçısı kimi həkk olub. O, Azərbaycan xalqı üçün həm də bütün sahələrin inkişafının qeydinə qalan, xalqın hər bir təbəqəsini eyni cür düşünən, ölkənin daha perspektivli gələcəyi üçün hər cür imkanlar yaradan rəhbər və lider idi. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsil və mədəniyyət iqtisadiyyat, siyasət kimi prioritet məsələlərindən olmuşdur. Dahi şəxsiyyət hər zaman bütün çıxışlarında bir xalqın inkişafının və dünyada özünü təsdiqləməsinin əsas vasitəsi kimi təhsili və mədəniyyəti qeyd etmişdir. “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”,- deyən Ümummilli Lider “Mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir” də deyir və əlavə edirdi ki, “Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır”.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir. O, ruhən incəsənətə çox bağlı şəxsiyyət idi. Mədəniyyət və incəsənət xadimlərinin bir çoxları ilə şəxsən tanış olan Heydər Əliyev onların yaradıcılığına yaxından bələd idi və bu insanlara xüsusi münasibətilə seçilirdi. Bu illər ərzində çox insanların onunla bağlı xatirələrini, fikirlərini dinləmişəm və görmüşəm ki, hər bir insanın qəlbində öz Heydər Əliyev obrazı var. Hər dəfə onun haqqında yeni nələrsə öyrənirik və bir daha əmin oluruq ki, hazırkı çiçəklənən Azərbaycan məhz Heydər Əliyevin qurub-yaratdığı Azərbaycandır. Heydər Əliyev mədəniyyətimizə, incəsənət xadimlərinə hər zaman diqqət və qayğı nümayiş etdirib. O, incəsənətin hər sahəsinə eyni həssaslıqla yanaşar, mədəniyyət xadimlərini öz diqqətiylə ruhlandırardı. Ona görə də onun hakimiyyəti dövründə mədəniyyətimiz özünün ən gözəl inkişaf yolunu keçdi.
Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyən, Azərbaycan mədəniyyətinin ikonlarına çevrilmiş sənətkarlarımız var ki, həm onların, həm də bizim Heydər Əliyev dühasıyla bağlı xatirələrimiz çoxdur. Biz onun bu qayğısının, diqqətinin canlı şahidləriyik. Ədəbiyyat, rəssamlıq, xalçaçılıq, bəstəkarlıq, heykəltaraşlıq, teatr, kino və sair mədəniyyət sahələrimizin hər biri Heydər Əliyevin çox dəyərli ideyalarından bəhrələnib və inkişaf yolu keçib. O, Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz onun sayəsində tanındı. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyəti, incəsənəti diqqət mərkəzində saxlayıb. Mədəniyyətin elə bir sahəsi yoxdur ki, bu diqqətdən kənarda qalsın. Heydər Əliyev rəssamların, bəstəkarların, yazıçıların, teatr xadimlərinin qurultaylarında özü şəxsən iştirak edir, gözəl çıxışları və dəyərli təklifləriylə onları ruhlandırır, stimul verirdi. Bir çox tamaşaların premyeralarında iştirak edən Ulu Öndər tamaşa sonrası səhnə arxasında fikirlərini yaradıcı heyətlə, aktyorlarla bölüşür, onları təbrik edirdi. O, yeni estetik düşüncəyə malik əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.
Hamıya məlumdur ki, məhz Heydər Əliyevin tövsiyəsi və dəstəyi ilə Azərbaycanın bir çox dahi şəxsiyyətləri- şairlər, yazıçılar, bəstəkarlar, müğənnilər və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd olunub, onların Bakıda və digər şəhərlərimizdə abidələri ucaldılıb. Nəsiminin Bakıdakı heykəli, Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi, Hüseyn Cavidin xatirəsinə ucaldılan xatirə kompleksi bunun bariz nümunəsidir. Ulu Öndərin hakimiyyəti dövründə onun dəstəyi ilə çəkilən filmlər haqqında böyük bir tədqiqat yazmaq olar. Deyilənləri mədəniyyət və incəsənətin bütün sahələrinə aid etmək olar. Bu il həm Azərbaycan xalqının dahi oğlu, Ümummilli Lider, fenomenal şəxsiyyət Heydər Əliyevin, həm də onun önəm verdiyi iki istiqaməti - təhsili və mədəniyyəti özündə birləşdirən, ölkəmizin ilk yaradıcılıq yönümlü ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 ili tamam olur. Biz fəxr edirik ki, universitetimizin builki fəaliyyəti məhz bu iki mötəbər yubileyi özündə birləşdirmək istiqaməti tutub. Qürurla qeyd edə bilərik ki, ADMİU-nun tarixində Ümummilli Liderimizin əvəzsiz rolu olub. Hazırda universitetin yerləşdiyi bu bina da bizə Heydər Əliyevin birbaşa göstərişi ilə verilib. ADMİU-nun fəaliyyətində nəzərə çarpan mühüm keyfiyyətlərdən başlıcası universitet kollektivinin dövlətçilik prinsiplərinə, Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarına sədaqətidir. ADMİU-da Heydər Əliyev irsi daim öyrənilir. Hər il Ulu Öndərin anım günü ərəfəsində ənənəvi olaraq onun xatirəsi universitetimizdə müxtəlif tədbirlər, konfranslarla yad edilir. “Heydər Əliyev və gənclər siyasəti”, “Zirvədən zirvəyə və əbədiyyətə” adlı silsilə tədbirlər, “Heydər Əliyev və mədəniyyət siyasəti” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans, “Burada və indi” adlı konsert proqramı və digər tədbirlər, müsabiqələr bunun bariz nümunəsidir.
Bu gün Ümummilli Liderin təməlini qoyduğu işləri oğlu, davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva daha da genişləndirir və ölkənin sağlam gələcəyi, xalqın rifahı üçün yorulmadan çalışırlar. Mehriban xanımın uzun illər apardığı uğurlu fəaliyyət nəticəsində Azərbaycan muğamı bütün dünyada tanınır və sevilir. Eləcə də Azərbaycan musiqisi, kinosu, teatrı və incəsənətimizin digər sahələri uğurlu inkişaf yolu keçməkdə, dünya mədəniyyətləri arasında özünün layiqli yerini tutmaqdadır.
Tehsil-press.az