Səbail Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə ADPU-nun Heydər Əliyev məktəbinin lektoriyasında “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” Respublika elmi konfransı keçirilib. Tədbirdə rayon rəhbərliyi ilə yanaşı müxtəlif dövlət qurumların nümayəndələri, Milli Məclisin üzvləri, elm, təhsil və din xadimləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, YAP-ın Səbail rayon təşkilatının təmsilçiləri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları ADPU-da xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin heykəli önünə gələrək xatirəsini ehtiramla yad edib, önünə əklil və tər çiçəklər düzüblər.
Konfransda giriş sözü ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Heydər Əliyev və Azərbaycan sözləri hər bir azərbaycanlı üçün müəyyən mənada eyni məna daşıyan sözlərdir. Təbiidir ki, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev olmasaydı, müasir Azərbaycan dövləti də olmazdı. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ilin hər bir ili görülən işlər və əldə olunan nailiyyətlərə görə əhəmiyyətli il olmuşdur.
Bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyətləri bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, Heydər Əliyevdir. Azərbaycanın tarixində çoxlu sayda görkəmli dövlət xadimləri və böyük şəxsiyyətlər vardır. Lakin yalnız Heydər Əliyev Azərbaycan xalqının, millətinin lideri kimi tarixə daxil olmuşdur.
Qədirbilən xalqımız dahi şəxsiyyətin ölkəmizin inkişaf və tərəqqisi üçün gördüyü işləri yüksək qiymətləndirir və buna görə də Ulu Öndərin 95 illik yubileyi Azərbaycanın hər yerində ümumxalq bayramı kimi qəbul olunur.
Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yaradılması və özünə layiqli siyasi varis olan İlham Əliyevin hazırlanması olmuşdur. Ulu Öndərin ölməz ideyalarını, siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanda misli görünməmiş inkişaf və tərəqqi siyasətini həyata keçirən şəxsiyyət kimi artıq ölkə tarixində təsdiq olunub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin böyük məharətlə davam etdirdiyi siyasi xətt hazırkı çox mürəkkəb dövrdə yeganə və alternativsiz siyasət olduğu üçün Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir.
Eldar Əzizov vurğulayıb ki, məhz Prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub saxlayıb. Hazırkı mürəkkəb dövrdə Azərbaycan kimi ölkənin müstəqilliyini qoruyub saxlamağı, onu inkişaf etdirməyi, dünyaya yeni iqtisadi-siyasi siyasət modeli kimi təqdim etməyi, balanslaşdırılmış siyasət yürütməyi yalnız xüsusi istedada malik olan insanlar edə bilərlər və bu gün Azərbaycanda belə insan sözsüz ki, cənab İlham Əliyevdir.
Konfransda çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev, ADPU-nun rektoru, professor Cəfər Cəfərov ulu öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlər, Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilən siyasətin uğurları və gələcək perspektivləri barədə danışıblar. Çıxışçılar qeyd ediblər ki, Azərbaycan son illər möhtəşəm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli örnəkdir. Ulu Öndərin müdrik siyasi kursu, strateji dövlətçilik xətti müstəqil dövlətimizin bugünkü böyük uğur və nailiyyətlərinin əsas təminatçıdır.
Konfransda ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov “Heydər Əliyev və Azərbaycanda elmi potensialın inkişafı”, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov “Heydər Əliyev və Azərbaycanda milli-pedaqoji fikir tarixinin tədqiqi” mövzularında məruzələrlə çıxışlar ediblər.
Sonra konfransın bölmə iclasında maraqlı məruzə və müzakirələr dinlənilib. Universitetin professor və müəllimləri ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu, iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin, həmçinin idmanın inkişafındakı rolu ilə bağlı maraqlı və məzmunlu çıxışlar ediblər.
Sonda konfrans iştirakçıları adından yekdilliklə bəyanat qəbul olunub, konfransdakı məruzələrin işlənərək kitab şəklində buraxılması qərara alınıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi