“Türkiye bursları” çərçivəsində təhsil hüququ qazananlar müəyyənləşib

“Türkiye bursları” çərçivəsində təhsil hüququ qazananlar müəyyənləşib Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında imzalanmış Niyyət Məktubu çərçivəsində 8 nəfər Azərbaycan vətəndaşı 2023-2024-cü tədris ili üzrə təqaüdlü təhsil almaq imkanı qazanıb. Həmin şəxslər “Türkiye bursları” çərçivəsində bu ölkənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təhsil alacaqlar.
Təqaüd əldə edənlər təhsil, paleoantropologiya, psixologiya, molekulyar biologiya, kimya, hüquq və tarix ixtisas istiqamətləri üzrə Ankara Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, İstanbul Universiteti, Qazi Universiteti, Qara dəniz Texniki Universiteti və digər universitetlərdə tədqiqat aparacaqlar.
Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə elan bu il yanvarın 30-da verilib.

Tehsil-press.az


Oxşar xəbərlər