Çində təhsil hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

Çində təhsil hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə uyğun olaraq ümumilikdə 20 nəfər Azərbaycan Respublikası vətəndaşı 2023-2024-cü tədris ili üzrə bu ölkənin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb.
20 nəfər bu ölkənin Şanxay Universiteti, Tsinxua Universiteti, Şanxay Jiao Tonq Universiteti, Dunxua Universiteti, Xian Jiaotonq Universiteti, Tianjin Tibb Universiteti, Pekin Texnologiya İnstitutu kimi ali məktəblərində təhsil almaq hüququ qazanıb. Qeyd olunan şəxslərdən 2 nəfəri bakalavriat, 17 nəfəri magistratura, 1 nəfəri isə doktorantura səviyyələri üzrə genetika, ictimai səhiyyə, kompüter elmləri və texnologiyası, biznesin idarəedilməsi, hüquq, iqtisadiyyat və idarəetmə, maliyyə ixtisaslarında təhsil alacaq.
Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə 2022-ci il noyabrın 23-də elan verilib.

Tehsil-press.az


Oxşar xəbərlər