SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş icraçı direktoru ilə görüşüb

SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş icraçı direktoru ilə görüşüb Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.
Görüşdə SOCAR ilə “TotalEnergies” şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin ölkəmizin enerji təhlükəsizliyi və regionun iqtisadi inkişafı baxımından strateji əhəmiyyəti vurğulanıb. Görüş çərçivəsində “Abşeron” qaz-kondensat yatağından İlkin Hasilat Sxemi (İHS) layihəsi üzrə qaz hasilatına başlanılmasının və bu münasibətlə təşkil olunan tədbirin tarixi əhəmiyyəti qeyd olunub. “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən tapşırıqları rəhbər tutaraq, bu istiqamətdə görüləcək işlər müzakirə edilib.
Görüşdə, həmçinin İHS layihəsi üzrə cari əməliyyatlar, texniki və texnoloji təhlükəsizlik sistemləri, habelə ​“Abşeron” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi üzrə atılan addımlar və enerji sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər