ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Bu məqsədlə “Naxçıvan” Universitetinin nümayəndə heyəti Bakı şəhərinə səfər çərçivəsində ADA Universitetində olub.
İmzalanma mərasimində ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor Rza Məmmədov və digərləri iştirak ediblər.
ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə əməkdaşlığa dair bağlanan müqavilənin hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını vurğulayıb. O, qeyd edib ki, birgə əməkdaşlıq elmi layihələrin həyata keçirilməsinə də təkan verəcək:
“ADA ilk dəfədir ki, yerli bir universitetlə belə müqavilə imzalayır. Bu nümunəvi addımdır və daxildə tələbə-təcrübə mübadiləsinə müsbət təsir göstərəcək. Həmçinin regionlardakı universitetlərin inkişafına öz töhfəsini verəcək. Hədəfimiz xarici ölkələrdə də əlaqələri genişləndirmək və inkişaf etdirməkdir”.
“Naxçıvan” Universitetinin rektoru Anar Kazımov isə universitetlər arasında elm və təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib. O, əlaqələrin daha da intensivləşməsi sahəsində müqavilənin əhəmiyyətini vurğulayaraq, yaranan dostluq və əməkdaşlıqdan məmnunluğunu ifadə edib. ADA ilə əməkdaşlığa dair müqavilənin imzalanmasını təqdirəlayiq addım kimi dəyərləndirən Anar Kazımov inkişaf etməkdə olan “Naxçıvan” Universiteti ilə bağlanan müqavilənin həm də regionlardakı ali təhsil ocaqlarının inkişafına səbəb olacağını bildirib.
Daha sonra ADA Universitetinin icraçı prorektoru qonaqlara ali təhsil müəssisəsinin fəaliyyəti, təhsil prosesi və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
Qeyd edək ki, imzalanan əməkdaşlıq müqaviləsində müəllim və tələbələrin akademik mübadiləsi, tədqiqat layihələrində, peşəkar inkişaf proqramlarında, təlimlərdə birgə iştirak, eləcə də aktual istiqamətlərə dair birgə elmi tədqiqatların aparılması kimi məsələlər öz əksini tapıb.
Tehsil-press.az