Almaniyanın Göttinqen Universitetində 11-ci Tətbiqi Tərs Məsələlər Beynəlxalq Konfransı (11th Applied Inverse Problems Conference - AIP2023) keçirilib. Konfransda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi Anar Rəhimov və aparıcı elmi işçi Elşən İbayev iştirak ediblər.
A.Rəhimov Böyük Britaniyanın Lids Universitetinin professoru Daniel Lesnikin dəvətilə onun və Belçikanın Gent Universitetinin elmlər doktoru Karel Van Bokstal tərəfindən təşkil olunan “Tərs modelləşdirmə və tətbiqləri” (Inverse Modelling with Applications) minisimpoziumunda “Parabolik tənlik üçün qeyri-lokal şərtli tərs mənbə məsələlərinin ədədi həlli” mövzusunda məruzə ilə çıxış edib. E.İbayev isə təqdim edilmiş məruzələr seksiyasında “Tərs Laplas çevirməsindən istifadə edərək bir semi-Markov prosesinin sərhəd funksionalının Laplas çevirməsi üçün kəsr tərtib diferensial tənliyin həlli” mövzusunda məruzə ilə çıxış edib. Hər iki məruzə konfrans iştirakçılarının marağına səbəb olub, mövzu ərafında müxtəlif suallar cavablandırılıb.
Qeyd edək ki, Tətbiqi Tərs Məsələlər Konfransı bu sahə üzrə Tərs Məsələlər Beynəlxalq Assosiasiyası (Inverse Problems International Association - IPIA) tərəfindən təşkil olunan ilk silsilə elmi konfrans kimi iki ildən bir keçirilir. İştirak edən alimlərin nüfuzuna görə tərs məsələlər sahəsində mühüm rola malik konfransa müxtəlif ölkələrdən 560 iştirakçı qatılıb, məruzələr 16 paralel seksiya iclaslarında təqdim edilib. Konfransın proqramına 12 plenar məruzə, 59 minisimpozium çərçivəsində məruzələr, əlavə olaraq təqdim edilən məruzələr və 24 poster daxil edilib.
Tehsil-press.az