BDU-da ekoloji şəraitin kərtənkələlərə təsiri üzrə tədqiqatlar aparılır

BDU-da ekoloji şəraitin kərtənkələlərə təsiri üzrə tədqiqatlar aparılır Bakı Dövlət Universitetinin (BDU) Zoologiya və fiziologiya kafedrasının professoru Canbaxış Nəcəfov, kafedranın dissertantı Ramin Həşimovun həmmüəllifi olduqları “Tenuidactylus caspius (Eıchwald, 1831) və Lacerta strigata (Eichwald, 1831) kərtənkələlərinin dərisi və dəri elementləri haqqında (Reptilia, Squamata)” (“About skin and skin elements of Tenuidactylus caspius (Eıchwald, 1831) and Lacerta strigata (Eichwald, 1831) (Reptilia, Squamata”)) adlı məqalə yeni elmi araşdırmalardan bəhs edir.
Tədqiqat işində Xəzər nazikbarmaq gekkonu və zolaqlı yaşıl kərtənkələnin dərisinin müqayisəli histoloji analizi verilib və müəyyən olunub ki, kərtənkələlərin dərisində yaranan histoloji-sitoloji fərqlər onların müxtəlif ekoloji şəraitlərdə yaşaması ilə bağlıdır.
Məqalə SCOPUS elmmetrik bazasına daxil olan “Journal of Southwest Jiaotong University” jurnalında (IF:0,28) yer alıb.

Tehsil-press.az


Oxşar xəbərlər