Beynəlxalq simpoziumun materialları çapdan çıxıb

Beynəlxalq simpoziumun materialları çapdan çıxıb Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu və Türkiyənin Kırıkkale Universitetinin birgə təşkil etdikləri “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda I Beynəlxalq simpoziumun materialları çapdan çıxıb.
İki cilddə çap olunan kitabda müxtəlif ölkələrin elm adamlarının 50-dən artıq məqaləsi yer alıb.
Simpoziumun keçirilməsində məqsəd İslam mədəniyyəti kontekstində fərqli din nümayəndələrinin birgəyaşayışı ilə bağlı vəziyyəti müzakirə etmək, müsəlman cəmiyyətləri arasında bu istiqamətdə mövcud təcrübələrdən yararlanmaq və onları təşviq etmək, müvafiq sahə üzrə mütəxəssis və araşdırmaçıların verdikləri töhfələri üzə çıxarmaq, qorumaq və gələcək nəsillərə ötürmək, həmin istiqamətdə elmi, siyasi, ictimai və fərdi tədqiqatların artırılmasına zəmin yaratmaq olub.

Tehsil-press.az



Oxşar xəbərlər