Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün “Tezlik çevirici vasitəsilə elektrik mühərrikinin məsafədən sürətinin tənzimlənməsi şərti ilə idarə olunması” mövzusunda master-klas keçirilib.
Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının təşkilatçılığı ilə gerçəkləşən master-klas Azərbaycanın mühəndislik xidmətləri göstərən qabaqcıl şirkətlərindən biri – “Developia Engineering” MMC-nin mühəndis heyəti tərəfindən aparılıb.
Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov çıxışında bildirib ki, master-klas elektrik mühəndisliyinə maraq göstərən, həmçinin gələcək karyerasını bu sahədə qurmaq istəyən tələbələrə dəstək olmaq məqsədi daşıyır. Kafedra müdiri şirkətin aparıcı mütəxəssislərinin öz bilik və bacarıqlarını gələcəyin mühəndisləri ilə bölüşməsini yüksək qiymətləndirib.
Elektrik və elektronika mühəndisliyi ixtisasının tələbələri üçün nəzərdə tutulan master-klasda tezlik çeviricisi (VFD) vasitəsilə elektrik mühərrikinin uzaqdan idarə edilməsi, 380 volt işçi gərginlikli mühərrikin necə 220 voltluq şəbəkədən qidalanması prosesi stenddə yer alan miniqurğu ilə əyani nümayiş olunub. Eyni zamanda, iştirakçılar VFD-nin kontaktor və “Soft Starter”dən üstünlüklərini öyrəniblər.
Qeyd edək ki, universitet və istehsalat müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi prosesi çərçivəsində kafedra tərəfindən mütəmadi olaraq seminarlar, təlimlər, master-klaslar və vörkşoplar təşkil edir.
Tehsil-press.az