Avropa İttifaqı (Aİ) Komissiyası, üzv ölkələr və Avropa Parlamenti arasında aparılan müzakirələrdən sonra enerji idxalında metan emissiyası məhdudiyyəti tətbiq edilməsinə dair qanun layihəsi üzrə razılıq əldə olunub.
Bundan sonra Aİ ölkələrində neft, qaz və kömür idxalı zamanı metan emissiyasının həcmini ölçmək, müvafiq hesabatlar hazırlamaq üçün şərtlər müəyyən ediləcək. Potensial metan emissiyası mənbələri müəyyən edilmiş müddət ərzində yoxlanılacaq. Bu məqsədlə metan qazı sızıntılarının təsbit edilməsi və onların qarşısının alınması üzrə konkret tədbirlər görüləcək. Eyni zamanda, sözügedən sahədə şəffaflığı təmin etmək məqsədilə qlobal müşahidə sistemi qurulacaq.
Aİ Komissiyası bəyan edib ki, 2030-cu ildən etibarın üzv ölkələrdə neft, qaz və kömür idxalında metan emissiyalarına limit qoyulacaq. Həmin vaxta qədər isə qazıntı yanacağı ixrac edən şirkətlər üçün maksimum norma müəyyən ediləcək.
Metan qazı karbon dioksiddən sonra iqlim dəyişikliyinin ən əsas ikinci səbəbi kimi qiymətləndirilir. Beynəlxalq Enerji Agentliyinin hesabatında qeyd olunub ki, qlobal istiləşmənin 30 faizi metan emissiyası nəticəsində baş verir. Bu qazın emissiyasının 40 faizi qlobal enerji sektorunun payına düşür, onun ən çox atmosferə atılması isə aqrar sahədə fəaliyyətin nəticəsidir.
Ekspertlər qeyd edirlər ki, metan emissiyasına tətbiq ediləcək məhdudiyyətlər ən çox ABŞ, Əlcəzair və Rusiya kimi böyük qaz tədarükçülərinə təsir edəcək.
Tehsil-press.az