Azərbaycan hasil etdiyi qazın yarısını ixrac edib

Azərbaycan hasil etdiyi qazın yarısını ixrac edib Yanvar-noyabr aylarında qaz ixracı 9% artıb.
Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Avropaya 10.85 milyard kubmetr, Türkiyəyə 8.7 milyard kubmetr, Gürcüstana isə 2.5 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5.1 milyard kubmetr qaz nəql edilib", - nazir bildirib.
O qeyd edib ki, bu ilin 11 ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 27.6 milyon ton, ixracı isə 23.1 milyon ton olub:
"Bu dövrdə 3.6% artımla hasil edilmiş 44 milyard kubmetr qazın 22.05 milyard kubmetri ixrac olunub".

Tehsil-press.az



Oxşar xəbərlər