ADPU-da təlim: “Dil və ədəbiyyat sahəsində müəllim hazırlığı – Avropa perspektivində”

ADPU-da təlim: “Dil və ədəbiyyat sahəsində müəllim hazırlığı – Avropa perspektivində” Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzi tərəfindən “Pedaqoji kadr hazırlığında Avropa təhsil sisteminin araşdırılması və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin Azərbaycanda pedaqoji yönümlü universitet və kolleclərin filoloji fakültələrində tətbiqi” adlı qrant layihəsi çərçivəsində Azərbaycan Elm Fondunun maliyyə dəstəyilə “Dil və ədəbiyyat sahəsində müəllim hazırlığı - Avropa perspektivində” mövzusunda ikigünlük təlim təşkil edilib.
“Beynəlxalq təcrübəyə əsaslanan tədris planlarının tərtibatı” və “Almaniya təcrübəsində müəllim hazırlığı” mövzularını əhatə edən interaktiv təlim ADPU-nun Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva və filologiya üzrə fəlsəfə doktoru Mirvari Qasımova tərəfindən keçirilib.

Tehsil-press.az



Oxşar xəbərlər