İnsan təqsiri üzündən nəsli kəsilən ilk dəniz balığının adı açıqlanıb

İnsan təqsiri üzündən nəsli kəsilən ilk dəniz balığının adı açıqlanıb Alimlər insan təqsiri üzündən nəsli kəsilən ilk dəniz balığı növünün adını açıqlayıblar. Bu, Yava skatıdır (Urolophus javanicus).
Avstraliyanın Çarlz Darvin Universitetindən olan bioloqlar populyasiyanın vəziyyətini qiymətləndiriblər. Yemək qabı ölçüsündə olan skat 1862-ci ildə Cakarta balıq bazarında tapılan yalnız bir nümunədən məlum idi. Tədqiqatlara və bazarların ətraflı monitorinqinə baxmayaraq, o vaxtdan bəri alimlər bu balığın mövcud olmasına dair heç bir sübuta rast gəlməyiblər. Nəslin kəsilməsinə intensiv və ümumilikdə nizamsız balıqçılıq səbəb göstərilib. Yava adasının şimal sahilində, xüsusilə skatların olduğu Cakarta körfəzində də sənaye müəssisələri fəaliyyət göstərir. Bu isə ekosistemlərin tənəzzülünə və uzunmüddətli itirilməsinə gətirib çıxarır.
“Bu təsirlər, təəssüf ki, Yava skatının nəslinin kəsilməsinə səbəb olacaq qədər ciddi olub”, – deyə ekspertlər bildiriblər.
“Qırmızı kitab”a nəsli kəsilməkdə olan 120 dəniz balığı növü daxil edilib. Bundan başqa, bütün məlum şirin su balıq növlərinin dörddəbiri nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Alimlər vurğulayıb ki, müxtəlif növlər ekosistemin ayrılmaz tərkib hissəsidir və onun davamlılığı üçün həyati əhəmiyyət kəsb edirlər”, - deyə “Science Alert” nəşrində deyilir.

Tehsil-press.az



Oxşar xəbərlər