Professor: Müharibədən sonrakı dövr üçün inkişafımıza dair dövlət başçımızın müəyyənləşdirdiyi dəqiq proqramlar var

Professor: Müharibədən sonrakı dövr üçün inkişafımıza dair dövlət başçımızın müəyyənləşdirdiyi dəqiq proqramlar var 2023-cü il Azərbaycan üçün çox uğurlu oldu. Hər şeydən əvvəl, ilk dəfə olaraq dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizin bütün ərazisində dövlət suverenliyimiz təmin edildi.
Bu fikirləri Milli Məclisin deputatı professor Musa Qasımlı söyləyib. O bildirib ki, 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi nəticəsində dövlət bayrağının dalğalanmadığı bir ərazi belə qalmadı.
"Qazanılan Qələbə, heç şübhəsiz, Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi idi. Dövlət suverenliyinin təmin edilməsi ilə millətimizin və dövlətimizin qarşısında yeni üfüqlər açılıb. Ölkəmizin hər yerində quruculuq işləri aparılır, işğaldan azad edilmiş bütün ərazilərimizdə paralel olaraq dirçəliş işləri görülür. Bu da onu göstərir ki, müharibədən sonrakı dövr üçün inkişafımıza dair dövlət başçımızın müəyyənləşdirdiyi dəqiq proqramlar var. 2024-cü il millətimiz böyük uğurlarla qarşılayır. İnanıram ki, Yeni il millətimizə və dövlətimizə yeni zəfərlər gətirəcək", - deyə Musa Qasımlı fikrini yekunlaşdırıb.

Tehsil-press.az




Oxşar xəbərlər