XX əsrin görkəmli dövlət və siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində dövlətçilik fəaliyyətinə nəzər yetirmək, ondan dərslər almaq vacibdir. Zamandan uca olanlar, xalqının və dövlətinin inkişafını öncədən müəyyənləşdirənlər dahilər olurlar. Hansı sistemdə, hansı ideologiyada yaşamasından asılı olmayaraq Heydər Əliyev həmişə Azərbaycanın maraqlarını hər şeydən üstün tutub, Azərbaycan xalqının öndə olmasına çalışıb.
Bu fikirləri Milli Məclisin deputatı professor Musa Qasımlı söyləyib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev sovet dövründəki fəaliyyəti ilə Azərbaycanın gələcək müstəqilliyi üçün lazım olan amilləri hazırlayıb. SSRİ rəhbərliyində tutduğu vəzifələrdən istefa verdikdən sonra Naxçıvana qayıdan Ulu Öndər əhalinin etimadı ilə deputat seçildi və onun atdığı hər bir addım Azərbaycan xalqının gələcək taleyini müəyyənləşdirdi.
“Hələ sovet dövlətinin kommunist ideologiyasının mövcud olmasına baxmayaraq, ağsaqqal deputat kimi Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda qanunverici orqanın iclasında muxtar respublikanın adından “Sovet Sosialist” ifadələri çıxarılıb, SSRİ-nin düşmən sandığı Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq qəbul edilib, Bakıya Cümhuriyyətin dövlət atributlarını qəbul etmək tövsiyə olunub. Azərbaycan parlamentinin deputatı olaraq çıxışlarında Heydər Əliyev daim Azərbaycanın müstəqilliyinin tərəfdarı olub. Naxçıvanda SSRİ-nin saxlanmasına dair referendum keçirilməyib. Azərbaycanın dövlət müstəqilliyini itirilmək təhlükəsi qarşısında qalanda xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət edilib. Heydər Əliyevin Bakıya dəvət edilməsinin təməlində 70-ci illərdə Azərbaycana rəhbərlik edərkən, SSRİ-ni idarə edən şəxslərdən biri olarkən respublika üçün gördüyü işlər dayanırdı. 1993-cü ildə Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtmaqla dövləti dağılmaqdan, ölkəni xaricdən dəstəklənən separatçılıqla bölünməkdən, xalqı vətəndaş müharibəsindən xilas etdi. Heydər Əliyev Horadiz əməliyyatı ilə düşmənə ilk zərbəni endirdi. Topsuz-tüfəngsiz separatçılığın kökünü kəsdi, dövlət hakimiyyətini möhkəmləndirdi”, - deyə Musa Qasımlı fikrinə əlavə edib.
Professor tariximizdə təbii sərvətimiz olan nefti milli sərvətə çevirən ilk dövlət adamının Ümummilli Lider Heydər Əliyev olduğunu bildirib.
“Heydər Əliyev bu addımları ilə başlıca hədəfə nail olmağı müəyyənləşdirdi. Başlıca hədəf Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə son qoymaq və torpaqları işğaldan azad etmək idi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan Qələbə və bu il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyinin bərqərar edilməsi Heydər Əliyev strategiyasının düzgünlüyünü göstərdi. Ona görə də Heydər Əliyev deyəndə ilk növbədə güclü Azərbaycan dövləti, Azərbaycanın müstəqilliyi, millətin qüdrətli olması göz önünə gəlir. Heydər Əliyevin irsi və dövlətçilik təcrübəsi daim yaşayacaq və ondan istifadə olunacaq”, - deyə deputat qeyd edib.
Tehsil-press.az