Pedaqoji Universitetdə rektor imtahan prosesini izləyib

Pedaqoji Universitetdə rektor imtahan prosesini izləyib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) payız semestrinin qış imtahan sessiyasına start verilib.
Rektor Cəfər Cəfərov imtahan zallarında prosesin gedişi ilə maraqlanıb, tələbələrin fikirlərini dinləyib.
Pedaqoji Universitetdə semestr imtahanları əyani qaydada, yazılı və şifahi formatda təşkil olunur. Gün ərzində üç növbədə təşkil olunan imtahanlardan şifahi imtahanların cavabları proses bitən zaman, yazılı imtahanların cavabları isə ən geci 24 saat ərzində elan olunur.
Tələbələrin müraciətlərinə operativ qaydada baxılması üçün universitetdə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir.
Tələbələr imtahanın bitməsindən növbəti 2 gün ərzində prosesin təşkili ilə bağlı müraciətlərini İmtahan Qərargahına, imtahan nəticələrindən narazı qaldıqda isə Apellyasiya Komissiyasına müraciət edə bilərlər.

Tehsil-press.az






Oxşar xəbərlər