“EaPConnect”in saytında Azərbaycanın RIPE87 tədbirində iştirakı ilə bağlı xəbər dərc olunub. Xəbərdə İtaliyanın paytaxtı Romada keçirilmiş RIPE87 tədbirində İnformasiya Texnologiyaları İnstitutu AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin Azərbaycanın elm və təhsil ictimaiyyətini təmsil etməsi haqqında məlumat verilib.
Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev RIPE Şəbəkə Koordinasiya Mərkəzi tərəfindən internet nömrə resurslarının ayrılması üçün istifadə olunan siyasət və prosedurlara dair müzakirələrdə, eləcə də cari texniki və siyasi məsələləri müzakirə etmək üçün RIPE işçi qrupunun sessiyalarında iştirak ediblər. İnstitut əməkdaşları, həmçinin tədbir çərçivəsində keçirilən verilənlər bazası, domen adları sistemi, Ipv6, RIPE NCC xidməti, əşyaların interneti üzrə iclaslarda fəal iştirak edərək dünyanın bir çox təşkilatlarından olan mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi aparıblar.
Tədbir RIPE Şəbəkə Koordinasiya Mərkəzi, ORACLE, CISCO, NTT Data və s. beynəlxalq qurumların birgə təşkilatçılığı ilə keçirilib. 557 nəfərin qatıldığı, 171 nəfərin isə onlayn qoşulduğu RIPE87 tədbirində iştirakçılar öz təcrübələrini və bu sahədə ən son yenilikləri bölüşüblər.
RIPE tədbiri hər il bütün dünyadan internet xidmət provayderlərini, şəbəkə operatorlarını və digər maraqlı tərəfləri bir araya gətirir. Növbəti RIPE konfransının isə bu il mayın 20-24-də Polşanın Krakov şəhərində keçirilməsi nəzərdə tutulur.
Tehsil-press.az