“Çindən Adriatikə Türk dünyası” - beynəlxalq konfrans

“Çindən Adriatikə Türk dünyası” - beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Çindən Adriatikə Türk dünyası” mövzusunda 15-ci beynəlxalq elmi-praktik konfrans keçirilib.
Türkiyə, ABŞ və Azərbaycanın universitetlərindən 50-dən çox nümayəndənin qatıldığı konfrans MEK və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə reallaşıb.
Konfransın plenar iclasında Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən MEK-in direktoru professor Məmməd Əliyev rəhbərlik etdiyi kitabxananın ötən il ərzində bir sıra yerli və beynəlxalq konfranslara ev sahibliyi etdiyini diqqətə çatdırıb, bu konfransın Türk dünyasının mədəni münasibətlərinə yeni səhifə açacağına inamını ifadə edib.
İKSAD-ın Azərbaycan üzrə koordinatoru Əlvan Cəfərov isə çıxışında qurumun fəaliyyətindən danışıb və ölkənin bir sıra universitetlərində cari ildə keçiriləcək konfranslar, tədbirlər haqqında məlumat verib, konfransın işinə uğurlar arzulayıb.
Sonra beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib, elmi məruzələr dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər