Bolqarıstanla Rumıniya Şengen vizaları verəcək

Bolqarıstanla Rumıniya Şengen vizaları verəcək Bolqarıstan və Rumıniya aprelin 1-dən etibarən qısamüddətli Şengen vizaları verməyə başlayacaq.
Bu barədə məlumatı “Schengen Visa Info” portalı yayıb.
Turistlər sözügedən vizalarla təyyarə və yaxud dənizlə Şengen sazişinə daxil olan ölkələrə səfər edə biləcəklər. Hər iki ölkə 90 günə qədər keçərli vizalar verə biləcək.
Qeyd edək ki, Avropa İttifaqı 2023-cü il dekabrın 31-i Bolqarıstan və Rumıniya ilə dəniz və hava sərhədlərində nəzarəti ləğv etmək barədə qərar qəbul edib. Hazırda 27 dövlət Şengen sazişində iştirak edir ki, burada da vahid sərhəd nəzarəti sistemi mövcuddur.

Tehsil-press.az


Oxşar xəbərlər