Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda kibertəhlükəsizlik mədəniyyəti problemləri tədqiq olunur.
İclasda Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova ötən il elmi-tədqiqat fəaliyyəti çərçivəsində görülmüş işlərdən bəhs edib. O, müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə “IV sənaye inqilabı platformasında informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi problemləri” mövzusunda tədqiqatların aparıldığını qeyd edib. Məruzəçi bu istiqamətdə “ağıllı” sosio-texnoloji infrastrukturlar və kibertəhlükəsizlik mədəniyyəti problemləri, bu sahədə beynəlxalq təşəbbüslər və “sənaye 4.0” texnologiyalarının gətirdiyi təhlükələr və onların aradan qaldırılması üsulları ilə bağlı araşdırmaların nəticələrinin nüfuzlu jurnallarda çap olunduğunu diqqətə çatdırıb. Məruzəçi jestlərlə idarə olunan texnologiyaların fəaliyyət sxemi və parametrlərinin müqayisəli analizinin aparıldığını, milli jest dilinin verilənlər bazasının yaradılması üçün alqoritmin işlənilməsinin nəzərdə tutulduğunu vurğulayıb. O, həmçinin qeyd olunan istiqamətdə “Elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda araşdırmaların aparıldığını bildirib.
Tehsil-press.az