Fərdin informasiya mədəniyyətinin inteqral göstəricilərinin hesablanması tədqiq olunur

Fərdin informasiya mədəniyyətinin inteqral göstəricilərinin hesablanması tədqiq olunur İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqaməti üzrə tədqiqatlar aparılması nəzərdə tutulur.
Bunu elmi müəssisənin Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2020-ci il üzrə fəaliyyət planının müzakirəsi zamanı mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova söyləyib. O bildirib ki, bu il, həmçinin jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları, intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi, “Cisco” Şəbəkə Akademiyasında və digər beynəlxalq kurslarda tədris olunan mövzuların analizi, İKT-nin tətbiqi ilə xarici dillərin (ingilis dili) öyrədilməsi məsələlərinin təhlilinə dair tədqiqatlar aparılacaq.
R.Mahmudova adıçəkilən istiqamətlər üzrə jestlərin qeyd edilməsi metodları və texnologiyalarının üstünlükləri, çatışmazlıqları, eləcə də onların avtomatik tanınma sistemlərinin və metodlarının analizinin aparılacağını da diqqətə çatdırıb. Qeyd edib ki, informatika dərslərində intellektual oyunlardan istifadə və onların sinifdənxaric, məktəbdənkənar tədbirlərə inteqrasiya texnologiyası işlənəcək, pedaqoji və psixoloji eksperimentlərin təşkili və nəticələrin təhlili araşdırılacaq.
TİM-in rəhbəri mərkəzdə elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlər barədə məlumat verib, AMEA-nın və institutun magistratura pilləsində təhsil alan tələbələr üçün dərs və imtahanların təşkili ilə bağlı görüləcək işlərdən bəhs edib. Hər il olduğu kimi, 2020-ci ildə də ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasının keçirilməsi ilə əlaqədar tədbirlər görüləcəyini, müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün kurslar təşkil ediləcəyini, institutda “Cisco” Şəbəkə Akademiyasının yaradılması ilə bağlı görülən işlərin davam etdiriləcəyini söyləyib.
Sonda fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılıb.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib, mərkəzin elmi və elmi-innovasiya fəaliyyətinin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verib.

Tehsil-press.az

Oxşar xəbərlər