Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində professor-müəllim heyətinin, doktorant və magistrantların iştirakı ilə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müdiri, dosent Nadir İsmayılov “Yaşıl kitabxanalar” mövzusunda məruzə edib. Məruzədə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncamının tarixi əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə qarşıda duran vəzifələrdən bəhs olunub. "Yaşıl dünya naminə həmrəylik ili"ndə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinin ölkəmizə olan böyük inam və etimadın yüksək göstəricisi olduğu vurğulanıb.
Məruzədə yaşıl kitabxana anlayışı izah edilib, bu konsepsiyasının kitabxana-informasiya fəaliyyətində yeni bir istiqamət olduğu qeyd olunub. Yaşıl kitabxanaların missiyası, arxitekturası və funksiyaları müasir elmmetrik səviyyədə təqdim olunub. Dünyanın müxtəlif ölkələrində yaşıl kitabxana hərəkatının yaranması və inkişaf mərhələləri, bu tipli kitabxanaların standartlaşması, brendləşdirilməsi və sertifikasiyası məsələləri, beynəlxalq təşkilatların yaşıl kitabxana hərəkatına dəstəyi şərh olunub. Bildirilib ki, yaşıl kitabxana modelinin həyata keçirilməsi zamanı ekoloji, iqtisadi və sosial davamlılıq nəzərə alınmalı, kitabxana binasının təbiətlə harmoniyası təmin edilməli, enerjiyə və digər resurslara qənaət etməklə ətraf mühitə və insan sağlamlığına töhfə verəcək infrastruktur formalaşdırılmalıdır.
Ölkəmizin bu istiqamətdə mövcud resurslarından, imkanlarından və həmçinin potensialından bəhs edən məruzəçi xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda kitabxana infrastrukturunun bərpası layihələrində yaşıl kitabxana modelindən istifadənin zəruriliyini vurğulayıb.
Elmi seminar iştirakçıların böyük marağına səbəb olub, məruzə ətrafında geniş müzakirələr aparılıb.
Tehsil-press.az