2024-cü ilin aprelin 17-də Mingəçevir Dövlət Universitetinin (MDU) Türkiyənin İqisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) ilə birgə təşkil etdiyi “MAS-19 Riyaziyyat, mühəndislik, təbiət və tibb elmləri üzrə” Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb.
Hibrid formada keçirilən konfransın açılış tədbirində Azərbaycan və Türkiyənin bir sıra ali təhsil müəssisələrinin, elmi tədqiqat institutlarının və MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri, tədqiqatçılar qatılıb.
Əvvəlcə qəhraman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın açılışında MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov, İKSAD-ın direktoru Dr. Mustafa Latif Emek, Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin dekanı professor Musa Atar, MDU-nun qonaq professoru Cemal Yılmaz, İKSAD-ın Azərbaycan üzrə koordinatoru Əlvan Cəfərov, MDU-nun alimlərindən Sahib Mustafayev və Almaz Əliyeva çıxışlar ediblər. Çıxışlarda iki ölkə arasında qurulan mövcud əlaqələrin elm və təhsil sahəsində də uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub və təşkil olunan birgə elmi konfrans bunun bariz nümunələrindən biri kimi dəyərləndirilib. Vurğulanıb ki, qarşılıqlı keçirilən beynəlxalq konfransların ali təhsil müəssisələrinin elmi potensialının gücləndirilməsində əhəmiyyəti olduqca böyükdür.
Prof. M.L.Emek dünyanın tanınmış elm adamlarını sıralarına daxil edən İKSAD-ın müxtəlif sahələrə aid qlobal və regional tədqiqatlar apardığını qeyd edib və türkdilli dövlətlərin elmi potensialının güclənməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. O, ötən il olduğu kimi bu ildə İKSAD-ın MDU ilə birgə təşkil etdiyi konfransın uğurlu keçirilməsi üçün əmək sərf edən hər kəsə təşəkkürünü bildirib və bu qəbildən olan tədbirlərin növbəti illərdə də keçirilməsi daha mükəmməl nəticələr verəcəyinə əminliyini ifadə edib. Professor qardaş ölkələr arasında bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişafının vacibliyindən danışaraq konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.
Açılış mərasiminin sonunda MDU-nun bir qrup əməkdaşına konfransın təşkilində göstərilən dəstəyə görə İKSAD-ın direktoru Mustafa Latif Emek tərəfindən “Təşəkkürnamə” təqdim edilib.
Sonra konfrans bölmə iclasları ilə davam edib. Bölmə iclaslarının proqramı təhsil və elmi-tədqiqat fəaliyyətləri ilə bağlı milli və beynəlxalq təcrübələr, elm və təhsil sahəsində innovasiyaların tətbiqi, dördüncü sənaye inqilabı və texnoloji inkişaf, rəqəmsal transformasiya, dayanıqlı inkişaf və digər aktual istiqamətlərdə mövzuları əhatə edib.
Azərbaycan və Türkiyə daxil olmaqla, dünyanın 30-dan çox ölkəsinin elm və təhsil qurumları tərəfindən böyük maraq göstərilən beynəlxalq konfransa bütövlükdə 115 məqalə və tezis daxil olub. Üz-üzə 4, onlayn formatda isə 14 olmaqla, ümumilikdə 18 bölmə iclasının keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, MDU-nun evsahibliyi və birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans aprelin 18-də onlayn formatda davam edəcək.
Tehsil-press.az