12 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “İnsan Hüquqları Aylığı” elan olunması ilə bağlı müraciəti çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə institutun elmi katibi vəzifəsini icra edən kimya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Arzumanovanın “İnsan hüquqlarına ən böyük təhlükə: iqlim dəyişikliyi və miqrasiya” mövzusunda çıxışı dinlənilib.
Məruzəçi qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunub və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Bu siyasəti uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib və artıq 17 ildir ki, hər il qeyd olunur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ənənəvi olaraq hər il bu əlamətdar gün ərəfəsində 18 may- 18 iyun tarixləri ölkə ərazisində “İnsan Hüquqları Aylığı” elan edilərək insan hüquqlarını təbliğ edən müxtəlif aktual mövzularda maarifləndirmə tədbirləri keçirilir. Nüşabə Arzumanova təbii fəlakətlər, ətraf mühitin pisləşməsi və iqlim dəyişikliyi səbəblərindən insanların bir yerdən digərinə miqrasiya etmək məcburiyyətində qaldıqlarını, təbii fəlakətlər səbəbindən məcburi miqrasiyanın hər il orta hesabla 26 milyon insanı əhatə etdiyini bildirib. Azərbaycan miqrasiya proseslərinə təsir edən müxtəlif növ təbii təhlükələrə - zəlzələ, daşqın, orta illik temperaturun yüksəlməsi, quraqlıq və torpağın deqradasiyasına məruz qalır. İqlim dəyişikliyinin sosial və iqtisadi təsirlərinə uyğunlaşmanın ölkəmizdə prioritet məsələlərdən biri olduğunu bildirən Nüşabə Arzumanova bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin, COP29-un bu il ölkəmizdə keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Tehsil-press.az