BDU-da nanokompozitlərin ağız boşluğu xəstəliklərinin müalicəsində istifadə perspektivləri araşdırılır

BDU-da nanokompozitlərin ağız boşluğu xəstəliklərinin müalicəsində istifadə perspektivləri araşdırılır Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədovanın həmmüəllifi olduğu “Efir yağları əsasında bio-kompozitin tədqiqi: ağız boşluğunun bakterial səthinin inqibə edilməsində molekulyar doking və in vitro analizləri“ (“Exploring essential-oil based bio-composite: molecular docking, and in vitro analysis for oral bacterial biofilm inhibition”) adlı məqalə “Web of Science” bazasında Q2 kvartilli jurnallar siyahısına daxil olan (IF: 4.8) “Frontiers in Chemistry” jurnalında dərc olunub.

BDU-da nanokompozitlərin ağız boşluğu xəstəliklərinin müalicəsində istifadə perspektivləri araşdırılır


Ağız boşluğundakı bakterial biotəbəqələr antimikrob preparatlara qarşı müqavimətin inkişafının əsas səbəbidir. Bu da periodontit və gingivit də daxil olmaqla ağır xəstəliklərə səbəb ola bilər. İşdə efir yağları əsasındakı nanokompozitlərin bu xəstəliklərin müalicəsində perspektiv metod olduğu göstərilib. Məqalədə hil, mixək və darçın efir yağları əsasındakı nanokompozitlərin in vitro analizi əsasında ağız boşluğundakı bakterial infeksiyaların müalicəsində istifadə oluna biləcəyi qeyd olunub.

Tehsil-press.az

Oxşar xəbərlər