Kaxa Kaladze: "Bu, dostluq deyil, bu, birbaşa düşmənçilikdir"

Kaxa Kaladze: “Dünən gördüyümüz şey tamamilə qəbuledilməzdir. Bu, dostluq deyil, bu, birbaşa düşmənçilikdir”.

Bunu “Gürcü Arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze 11 noyabrda keçirilən etiraz aksiyasında Avropa deputatlarının çıxışlarına münasibət bildirib.

Onun sözlərinə görə, Avropalı tərəfdaşlar Gürcüstan dövlətçiliyini təhqir edir və ölkənin suverenliyinə hörmət göstərmirlər.

“Bu, bir daha sübut edir ki, həmin şəxslər Gürcüstan dövlətçiliyini təhqir edir, ölkənin suverenliyinə və müstəqilliyinə hörmət etmir. Bu cür bəyanatlar və hərəkətlər son bir neçə aydır və illərdir ki, açıq danışdığımız mövqeyi təsdiqləyir. Məhz bu münasibət hər bir ləyaqətli gürcü üçün tamamilə qəbuledilməzdir.

Bunlar vətən sevgisi olmayan şəxslərdir – ölkə daxilində də belə şəxslər var ki, Gürcüstan onlar üçün sadəcə bir ərazidir. Lakin ölkədə çoxluq üçün Gürcüstan doğulduqları, böyüdükləri, sevdikləri və seçimlərini seçkidə təsdiq etdikləri vətəndir. Dünən gördüyümüz şey tamamilə qəbuledilməzdir. Bu, dostluq deyil, bu, birbaşa düşmənçilikdir. Bu, insanları bir-birinə qarşı qoymaq, cəmiyyəti bölmək üçün birbaşa çağırışlardır, illərdir ki, bunu eşidirik. Bu, adi bir düşmənçilikdir, hər şeyə öz adı ilə yanaşmalıyıq" , - deyə Kaxa Kaladze qeyd edib.

Məlumat üçün bildirək ki, dünən, 11 noyabrda, Gürcüstan Parlamentinin qarşısında “Biz Avropayıq” şüarı ilə etiraz aksiyası keçirilib. Aksiyada toplaşan insanlara Gürcüstanın müxalifət partiyaları və vətəndaş cəmiyyəti nümayəndələri ilə birlikdə 8 Avropa ölkəsinin Parlamentinin xarici əlaqələr komitələrinin sədrləri də müraciət ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər