Azərbaycan Texnologiya Universiteti (ATU) ilə İsrailin Holon Texnologiya İnstitutu (HTİ) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu məqsədlə hər iki təhsil müəssisəsi arasında onlayn görüş keçirilib.
Görüşdə ATU-nun rektoru dos.Yaşar Ömərov və HTİ-nin prezidenti, prof. Eduard Yakubov əməkdaşlığın perspektivlərindən, hər iki təhsil ocağı üçün əhəmiyyətindən danışıb, birgə görüləcək işləri müzakirə ediblər.
Görüş çərçivəsində ATU və HTİ haqqında hazırlanmış qısa təqdimatlar göstərilib, sonda əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumda Texnologiya Universiteti ilə Holon Texnologiya İnstitutu arasında akademik və inzibati heyətin, eləcə də tələbələrin mübadiləsini həyata keçirmək, elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur.
Tehsil-press.az