Botanika İnstitutunda Zəfər Gününün 5-ci ildönümünə həsr olunan tədbir keçirilib

Botanika İnstitutunda Zəfər Gününün 5-ci ildönümünə həsr olunan tədbir keçirilib Bu gün AR ETN Botanika İnstitutunda Zəfər Gününün 5-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Öncə institutun əməkdaşları Zəfər Günü ilə əlaqədar İkinci Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri İnstitutun baş direktoru, professor Səyyarə İbadullayeva açaraq, şanlı və qürurlu Zəfər Günü münasibətilə əməkdaşları təbrik edib. S.İbadullayeva Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 8 noyabr tarixində qazandığı böyük qələbəni, Şuşa şəhərinin işğaldan azad edilməsini dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olduğunu vurğulayıb. O, qeyd edib ki, Cənab Prezidentin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi qeyd edilir.

Tədbirdə institutun əməkdaşları, icraçı direktor, professor Şakir Qasımov, professor Aydın Əsgərov, professor Eldar Novruzov, professor Dilzarə Ağayeva dosent Pərvanə Qaraxani və institutun elmi katibi, dosent Nigar Mürsəl qızı Zəfər Günü ilə əlaqədar xatirələrindən, ordumuzun qələbəsindən, xalqımızın və gənclərimizin mübarizliyindən bəhs ediblər.

Sonda Zəfər Gününü əks etdirən video-rolik nümayiş etdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər