Terapevt qastroenteroloq : Nərmin Səfərova - Bağırsağın iltihabi xəstəlikləri

Terapevt qastroenteroloq : Nərmin Səfərova - Bağırsağın iltihabi xəstəlikləri Bağırsağın iltihabi xəstəlikləri
Həzm sistemində xroniki iltihablardan hesab olunan bağırsağın iltihabi xəstəlikləri, daha çox bağırsaq divarında yara, şişmə, qanama, zədələnmə kimi əlamətlərlə özünü göstərir.Bu xəstəliklərin yaranma səbəbi tam bilinməsə də genetik və ətraf mühit faktorlarının rolu böyükdür. Səbəblər içərisində qalın və incə bağırsağın iltihabları, dizenteriya, stress, siqaret, parazitlər, autoimmun və revmatik xəstəlikləri də yer tutur. Bağırsağın iltihabi xəstəlikləri mikroblara bağlı, viruslara bağlı yaransa da hələ də səbəbi bilinməyən xəstəlikləri vardır. Chron və ulserativ kolit. Kolit qalin bağırsaqda iltihab hüceyrələrinin iltihabıdır. Kolitin ən çox rast gəlinən rahatsızlıqları içərisində spastik kolit yer tutur.Çox vaxt iltihab olmadan da stresə bağlı meydana çıxır. Yoğun bağırsaqda əzələ zəifliyi spazma kimi də özünü göstərir. Səbəbi bilinmədiyi üçün birdəfəlik müalicəsi yoxdur. Bağırsaq xəstəliklərinin simptomları sancı şəkilli qarında ağrılar, qanlı ishal, qarında qurultu, çəki itkisi, iştahsızlıq, qəbizliklə ishalın növbələşməsidir. Yoğun bağırsaqda iltihab artdıqca iltihaba görə bağırsaqdan keçən suyun sorulma funksiyası pozulur və buna görə ishal başlayar.İltihabi bağırsaq xəstəlikləri Chron və ulserativ kolit üçün verilən ortaq addır. Ulserativ kolit qalın bağırsağın tamamının iltihablı, ödəmli və yaralı olmasıdır. Bağırsaqda olan yaralar qanlı ishala səbəb olur, zaman-zaman alovlanıb,zaman-zaman sönən iltihabi xəstəlikdir. Belə xəstələrdə 8-10 dəfədən 15-20 dəfəyə kimi ishal yuxuda bele tualet ehtiyacı istəyi , yalançı güc gəlmə (tenezm) ,qarında şişmə, qızdırma, halsızlıq xəstələri çox narahat edir və xəstəlik xroniki seyr edilir. Xəstələrdə dərman müalicəsi ilə şikayətlər aradan götürülür və dərmanı vaxtlı vaxtında qəbul etməyəndə yenidən şikayətlər baş qaldırır. Digər xəstəlik olan Chron xəstəliyi isə tək qalın bağırsaqda deyil həzm sistemində ağızdan anusa qədər bütün hissələri, qalın bağırsaqla, nazik bağırsağın birləşdiyi yerdə özünü göstərə bilər. Simptomları sancı şəkilli qarın ağrısı, ishal, arıqlama, rektal abseslər, oynaqlarda ağrılar qanlı ishala səbəb olur. Belə xəstələr daima dərman içməlidirlər. Xəstələrin müayinəsində müxtəlif qan testləri, kolonoskopiya ,bağırsaq rentgeni , tomoqrafiya, qastroskopiya, MRT istəyə bilərik. Əsas diaqnoz kolonoskopiya zamanı alınan biopsiyaların cavabına əsasən qoyulur. Müalicəsi əgər kolit hansısa mikroba, dərmana bağlı meydana çıxıbsa, səbəb ortadan götürüldükdən sonra keçib gedər. Digər iltihabi xəstəliklərdə isə əsas məqsədi iltihabı azaltmaqdır. Çox zaman müalicə dərman və cərrahi əməliyyatla birgə aparılır. Belə xəstələr, xəstənin özünə aid pəhriz ilə ağız yolu və damar yolu qidalanmalıdırlar. İmmun sistemini güclü saxlayan dərmanlar , antibiotiklər ishala iltihaba qarşı, B12 vitamini Ca ve D vitamini , ağrikəsicilərlə müalicə davam etməlidir.Müalicə başlayandan sona kimi sakitləşməzsə ağızdan və damar yolu ilə kortikosteroidlər verilir və sonda ehtiyac qalarsa əməliyyatla iltihab təmizlənməlidir. Bundan başqa belə xəstələr müalicə aldıqdan sonrada süd və süd məhsullarının istifadəsinə son qoymaq, tərəvəzləri buxarda bişirmək, qızardılmış, ədvalı yeməklərdən uzaq durmaq, gün ərzində az- az, tez-tez qidalanmaq, spitli içki, siqaretdən uzaq durmaq şərtdir.

Nərmin Səfərova: Terapevt qastroenteroloq
Müdafiə Nazirliyi Hərbi poliklinikası
Medistyle Hospital
Tel: 055 942 03 50


Terapevt qastroenteroloq : Nərmin Səfərova - Bağırsağın iltihabi xəstəlikləri

Terapevt qastroenteroloq : Nərmin Səfərova - Bağırsağın iltihabi xəstəlikləri

Oxşar xəbərlər