ADNSU-da “Enterpriseazerbaijan” portalı startap mərkəzinin nümayəndələrinə təqdim olunub

ADNSU-da “Enterpriseazerbaijan” portalı startap mərkəzinin nümayəndələrinə təqdim olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı www.enterpriseazerbaijan.com portalı “Eazy START” Startap və İnnovasiya Mərkəzinin nümayəndələrinə təqdim olunub.
Portalın meneceri Aytən Məmmədova www.enterpriseazerbaijan.com barədə ətraflı məlumat verib. Qeyd edilib ki, portal mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə məlumat bankıdır.
A.Məmmədova portalın layihələr üçün həm inkubator, həm də akselerator rolu oynayacağını diqqətə çatdırıb.
Sonra startapçı gənclərin sualları cavablandırılıb.

ADNSU-nun Mətbuat Xidməti


ADNSU-da “Enterpriseazerbaijan” portalı startap mərkəzinin nümayəndələrinə təqdim olunub

Oxşar xəbərlər