
Layihə çərçivəsində həmin məktəblərin informatika müəllimləri üçün seminar təşkil edilib. Həmçinin 26 ümumtəhsil məktəbində informatika təmayüllü siniflər açılıb.
Bundan əlavə, 4 ümumtəhsil məktəbində ingilis dili resurs mərkəzləri təsis edilib. Mərkəzlərin fəaliyyəti çərçivəsində 20 müəllim Böyük Britaniyada 5 günlük təkmilləşdirmə təlimində iştirak edib. Həmçinin 17 ingilis dili müəllimi Bakıda “British Council” təşkilatının təlimçiləri tərəfindən keçirilən təlimlərə qatılıb. İl ərzində mərkəzlərin fəaliyyətindən 600-dən artıq şagird yararlanıb.
Tehsil-press.az