“Dostluq və əməkdaşlıq “ çərçivəsində keçirilən konsertdən

“Dostluq və əməkdaşlıq “ çərçivəsində keçirilən konsertdən Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul şəhər və Bülbül adına Saatlı şəhər uşaq musiqi məktəblərinin 2018-2019-cu tədris ili üçün təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Bülbül adına Saatlı şəhər uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi Hacıqabul şəhərində olmuşdur.Konsertdən öncə qonaqlar şəhərdə yerləşən mədəniyyət müəssisələri ilə o,cümlədən Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə,rayon Tarix Diyarşünaslıq muzeyində,rayon mərkəzi kitabxanası ilə tanış olmuş,xatirə şəkilləri çəkilmişdir. “Dostluq və əməkdaşlıq” çərçivəsində keçirilən tədbir şəhər Folklor klubunda davam etmişdir.Tədbiri Hacıqabul şəhər uşaq musiqi məktəbinin direktoru Rahib Məmmədov açaraq qonaqları salamlamış,sonra söz Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanova verilmişdir.O,belə tədbirləri yüksək dəyərləndirərək hər iki kollektivə uğurlar arzulamış,Hacıqabul şəhər uşaq musiqi məktəbinin Fəxri Fərmanını Bülbül adına Saatlı şəhər uşaq musiqi məktəbinin direktoru Ramella İsmayılovaya təqdim etmişdir.Ramella İsmayılova çıxış edərək göstərdikləri diqqət və qayğıya görə Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanova və Hacıqabul şəhər uşaq musiqi məktəbinin direktoru Rahib Məmmədova öz adından və müəllim,şagird kolklektivi adından təşəkkürünü bildirmişdir.Daha soonra hər iki məktəbin şagirdlərinin ifaları dinlənilmişdir.Proqrama azərbaycan və xarici bəstəkarların əsərləri salınmışdır.

Mətbuat Xidməti


“Dostluq və əməkdaşlıq “ çərçivəsində keçirilən konsertdən

“Dostluq və əməkdaşlıq “ çərçivəsində keçirilən konsertdən

Oxşar xəbərlər