Françesko Altomare: Beynəlxalq elmi konfranslar dünya alimlərinin fikir mübadiləsi üçün əla platformadır

Françesko Altomare: Beynəlxalq elmi konfranslar dünya alimlərinin fikir mübadiləsi üçün əla platformadır Beynəlxalq elmi konfranslar dünya alimlərinin fikir mübadiləsi aparması üçün əla platformadır. Builki konfrans üçün məkan olaraq Bakının seçilməsi məni xüsusilə sevindirir. Mənim çoxlu azərbaycanlı riyaziyyatçı dostlarım var. Konfrans çərçivəsində onlarla görüşdüm, Bakı ilə tanış oldum.
Bu fikirləri Tehsil-press.az-a müsahibəsində İtaliyanın Bari Aldo Maro Universitetinin professoru Françesko Altomare deyib.
O bildirir ki, konfrans Avropanın və Asiyanın riyaziyyatçı alimlərinə tanış olmaq, birgə işləmək üçün imkan yaradır.
“Mən İtaliyada riyaziyyat üzrə beynəlxalq elmi jurnalın baş redaktoruyam. Ona görə də burada iştirak etmək mənim üçün önəmlidir. Ümid edirəm ki, buradan vətənimə xoş təəssüratlarla qayıdacağam və öz jurnalımda konfransa geniş yer ayıracağam”, - deyə professor Françesko Altomare qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər