Çinin Lançjou neft-kimya kollecinin nümayəndə heyəti ADNSU-da

Çinin Lançjou neft-kimya kollecinin nümayəndə heyəti ADNSU-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çinin Lançjou neft-kimya kollecinin prorektoru Liu Xingqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə professor M.Babanlı rəhbərlik etdiyi ali məktəbdə təhsil alan çinli tələbələrdən və tələbə mübadiləsindən söz açıb. Universitetdə hazırda 41 nəfər çinli tələbənin təhsil aldığını diqqətə çatdıran rektor tələbələr üçün bütün lazımi şəraitin yaradıldığını bildirib.
Görüşdən məmnun qaldığını qeyd edən Çinin Lançjou neft-kimya kollecinin prorektoru Liu Xingqin təhsil əlaqələrinin daha yüksək səviyyədə və fərqli istiqamətdə davam etdirilməsinin əhəmiyyətli olduğunu deyib.

Mətbuat Xidməti

Oxşar xəbərlər