
Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov valideynlərə müraciəti zamanı deyib.
O qeyd edib ki, ana ilə keçirilən vaxt uşaq üçün daha vacibdir: “Ekran qarşısında oturduqca autizm dediyimiz xəstəliyin əlamətləri əmələ gəlir. Uşaq adama cavab vermir, danışığı dayanır, danışıq mərkəzi sönür, ünsiyyət qırılır. Daha öncə gülən, insanlarla danışan uşaq birdən içinə qapanır. Xüsusilə də uşağa yemək yedirən zaman xahiş edirəm ki, ona ekran vasitəsilə bir şey izlətməyin. Çünki bu, praktikada ən çox görünən problemdir”.
Tehsil-press.az