ADU: Avropa rektorlar konfransının təcrübəsi öyrənilir

ADU: Avropa rektorlar konfransının təcrübəsi öyrənilir Azərbaycanda rektorlar konfransının yaradılması məqsədini daşıyan layihə çərçivəsində noyabrın 22-dən Fransada təlimlər keçirilir. Azərbaycan Dillər Universitetini bu təlimlərdə elm və innovasiya məsələləri üzrə prorektor Novruz Məmmədov və beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova təmsil edirlər.
Noyabrın 26-dək davam edəcək təlimlərin əsas məqsədi Avropa rektorlar konfransının təcrübəsini öyrənməkdir. Bu məqsədlə tərəfdaş universitet nümayəndələrindən ibarət 30 nəfərlik koordinasiya komitəsi yaradılıb.
Təlim Fransa Rektorlar Konfransı və Fransa Beynəlxalq Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Təlimdə Fransa təhsil sistemi, Fransa Rektorlar Konfransının ali təhsildə rolu, təşkilati strukturu, maliyyələşmə mexanizmi, üzvlük qaydaları, strateji məqsədləri, beynəlxalq əlaqələri barədə iştirakçılara ətraflı məlumat verilməsi planlaşdırılır.

Tehsil-press.az



Oxşar xəbərlər