AzTU: İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti üçün elmmetriyaya həsr olunan seminar

AzTU: İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti üçün elmmetriyaya həsr olunan seminar Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin “Beynəlxalq ticarət, logistika və marketinq”, “İqtisadiyyat və statistika” kafedralarının professor-müəllim heyəti üçün “Elmmetriya və elmmetrik verilənlər bazası: “Web of Science”, “Scopus” mövzusunda seminar keçirilib.
Tədqiqat və inkişaf şöbəsinin müdir müavini Nağı Qasımovun moderatorluğu ilə keçirilən seminar onlayn formatda təşkil olunub.
Seminarda elmmetriyanın tarixi haqqında məlumat verilib, həmçinin “Web of Science” bazasının müəlliflər üçün əsas üstünlükləri və faydaları slaydlar vasitəsilə izah edilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, belə seminarların AzTU-nun digər fakültələrinin professor-müəllim heyətinin iştirakı ilə mütəmadi olaraq təşkili nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər