Bakı Dövlət Universitetində Kitab Evi açılıb

Bakı Dövlət Universitetində Kitab Evi açılıb Bakı Dövlət Universitetində (BDU) Kitab Evi açılıb.
Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev Kitab Evinin tələbə və əməkdaşların üz tutduqları əsas məkanlardan biri olacağını vurğulayıb. Rektor deyib ki, burada tələbələr elmin müxtəlif sahələrinə aid kitablar ala biləcəklər.
“Kitab Evində dərs kitabları ilə yanaşı, bədii, elmi, siyasi ədəbiyyat, Böyük Zəfərimizlə bağlı kitablar, eləcə də dəftərxana ləvazimatları əldə etmək mümkündür. Tələbələr tədris prosesində lazım olan bütün dərslik və vəsaitləri burada sifariş verə bilərlər. Gələcəkdə həmin vəsaitlərə tələbələrin planşetlərdə istifadə edə bilməsi üçün onların elektron versiyaları da əlavə olunacaq. Kitabların məzmunu və keyfiyyəti ilə bağlı tələbələrin rəyləri nəzərə alınacaq”, - deyə rektor diqqətə çatdırıb.
E.Babayev BDU-nun Elmi Kitabxanasının bu ilin sonuna qədər tam elektronlaşacağını vurğulayıb. “Gələcəkdə Kitab Evinin qarşısında günəş batareyaları və digər texnoloji qurğular da yerləşdiriləcək. Tədricən ən təkmil texnologiyaları BDU-ya gətirəcəyik”, - deyə rektor bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər