
Bunu “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı bildirib.
O əlavə edib ki, bu il xaricdə təhsilini başa vuracaq 12 doktorantın işlə təmin olunması nəzərdə tutulub. Qeyd olunub ki, 12 nəfərdən 4-ü Azərbaycan Tibb Universitetində fəaliyyətini davam etdirəcək. Digər məzunlardan 3-ü ADA Universitetində, 3-ü Xəzər Universitetində, digərləri isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində işləyəcəklər.
Tehsil-press.az