BDU “ASAN xidmət”lə əməkdaşlıq edəcək

BDU “ASAN xidmət”lə əməkdaşlıq edəcək “Dövlət xidmətlərinin təşkilində data əsaslı idarəetmənin və texnoloji innovasiyaların tətbiqi” ilə bağlı akademik mühitlərdə elmi-tədqiqat və araşdırma işlərinin genişləndirilməsi yollarının müzakirəsi aparılıb.
"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində keçirilən müzakirədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları və BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının müəllim-tələbə heyəti iştirak ediblər.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun qatıldığı tədbirdə müxtəlif elm mərkəzlərində magistratura və doktoranturada təhsil alan tədqiqatçıların işlərində müvafiq mövzulara xüsusi yer ayrılmasının zəruriliyi bildirilib.
Kafedra müdiri professor Rövşən Əliyev akademik dairələrdə dövlət xidmətlərinin təkmilləşdirilməsi mövzusunda tədqiqat işlərinin aparılmasının həm dövlət qurumlarının fəaliyyətinin optimallaşdırılmasına, həm də tələbələrin təhsildə əldə etdikləri nəzəri biliklərin real müstəvidə tətbiqinə xidmət etdiyini vurğulayıb.
Eyni zamanda, Dövlət Agentliyinin data mütəxəssisləri ilə BDU-nun tələbələri arasında qarşılıqlı şəkildə elmi-tədqiqat işlərinin aparılması üzrə gələcək əməkdaşlıq çərçivəsi müəyyən edilib.

Tehsil-press.az

Oxşar xəbərlər