Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Qadını öldürüb quyuya atdılar

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Qadını öldürüb quyuya atdılar Naxçıvanda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub.

Hadisəni törətməkdə şübhəli bilinən Aypara Əsgərova saxlanılıb.

***

Naxçıvanda quyudan meyit tapılıb.

Bu barədə Muxtar Respublikanın Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, "112" qaynar telefon xəttinə Şərur rayonunun Oğlanqala kəndində 1 nəfərin meyitinin quyudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit dərinliyi təqribən 35 metr olan su quyusundan (içərisində su olmayan) çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Meyiti tapılan qadının kənd sakini 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılova olduğu məlum olub.

Məqaləyə dair fotomateriallar:

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Qadını öldürüb quyuya atdılar


Tehsil-press.az


Oxşar xəbərlər