
Görüş zamanı “Bədii qiraət” klubunun sədri, BDU-nun “SABAH” qruplarının II kurs tələbəsi İsgəndər Məmmədov Anar Məmmədovun yaradıcılığı haqqında məlumat verib. Bildirilib ki, universitetin dosenti olan Anar Məmmədovun müxtəlif adda bədii və elmi kitabları nəşr olunub, şeirlərinə 100-dən artıq mahnı bəstələnib.
BDU-nun “SABAH” Mərkəzinin rəhbəri dosent İradə Süleymanova, Filologiya fakültəsinin dosenti bəstəkar Fikrət Əlizadə, Biologiya fakültəsinin dosentləri Səbinə Ömərova, Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirli və Səbinə Əsgərova şairin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Anar Məmmədov bədii mətnin yaranma prosesini, ədəbi-bədii dilin qanunauyğunluqlarını izah edib.
Tədbirdə şairin şeirləri səsləndirilib.
Tehsil-press.az