Rövşən Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Rövşən Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqə qalibi Toğrul İslamla ilk görüşünü keçirib.
Rövşən Məmmədov qalibi təbrik edib və ona gələcək fəaliyyətinə yön vermək, o cümlədən inkişafına dəstək olmaq məqsədilə fərdi inkişaf planı əsasında mentorluq etməkdən məmnunluğunu bildirib. QSC-nin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi müsabiqə qalibinin hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb və bundan sonra onunla sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini, qalibin hədəfləri və maraqlarına yönəlik layihələrə cəlb olunmasına təşəbbüs göstərəcəyini deyib.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi isə Rövşən Məmmədova səmimi qəbula görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmağın karyera və şəxsi inkişaf baxımından əvəzsiz imkan yaratdığını, birillik fərdi inkişaf planının icrasında maraqlı olduğunu vurğulayıb.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Tehsil-press.az



Oxşar xəbərlər