BDU tələbələrinə yazının pedaqogikasına dair təlim keçirilib

BDU tələbələrinə yazının pedaqogikasına dair təlim keçirilib Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin məzunu, gənc yazar və ədəbiyyatşünas alim Ramil Əhməd tələbələrə “Yazının pedaqogikası: yaradıcı yazarlıq öyrədilə bilərmi?” mövzusunda təlim keçib.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov tələbələrə Ramil Əhmədin elmi və ədəbi yaradıcılığı haqqında məlumat verib. O, Ramil Əhmədin təhsil aldığı illərdə nümunəvi tələbə olmasından, magistratura və doktorantura təhsilini Türkiyədə uğurla başa vurduqdan sonra alim və yazar kimi məhsuldar fəaliyyətindən söz açıb, ədəbi hadisələrdə fəal iştirak etdiyini vurğulayıb.

Sonra söz qonağa verilib. Ramil Əhməd ədəbi yaradıcılığa yeni başlayan tələbələr üçün belə təlimlərin təşkilinə və dəvətə görə fakültə rəhbərliyinə təşəkkürünü bildirib. O, yaradıcı yazarlığın metod və üsulları, yazının metodikası və ədəbi fəaliyyətlə məşğul olmağın özəllikləri haqqında ətraflı məlumat verib, auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər