Yevlaxda şəkər çuğunduru daşıyan avtomobil idarəetmədən çıxıb DİRƏYƏ ÇIRPILDI

Yevlaxda şəkər çuğunduru daşıyan avtomobil idarəetmədən çıxıb DİRƏYƏ ÇIRPILDI Yevlax şəhərində şəkər çuğunduru daşıyan avtomobilin idarəetmədən çıxması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

"KamAZ" markalı yük avtomobili dirəyə çırpılıb. Nəticədə avtomobildə olan şəkər çuğunduru ətrafa dağılıb və nəqliyyat vasitəsi yararsız hala düşüb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb ediliblər.

Ətrafa dağılan məhsul magistral yoldan kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər