“Epoksiakrilat tərkibli oliqoefirlərin sintezi və tədqiqi” adlı monoqrafiya nəşr olunub

“Epoksiakrilat tərkibli oliqoefirlərin sintezi və tədqiqi” adlı monoqrafiya nəşr olunub Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov, Poliefir və polikarbonat materiallar laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Ağa Mustafayev və laboratoriyanın aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Raisə İsmayılovanın həmmüəllifi olduqları “Epoksiakrilat tərkibli oliqoefirlərin sintezi və tədqiqi” adlı kitab nəşr olunub. Monoqrafiyanın elmi redaktoru kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, rəyçi kimya elmləri doktoru Kazım Quliyevdir.

Təqdim olunan monoqrafiya epoksidian qatranlarının və müxtəlif nümayəndələrinin sintezinə, modifikasiyasına, bu qatranlar və onların modifikasiya məhsulları əsasında yeni polimer materialların alınmasına, bu tip makromolekulyar birləşmələrin, həmçinin onların əsasında əldə olunan kompozisiya materialarının xassələrinin və tətbiq imkanlarının müəyyən edilməsinə aid olan elmi ədəbiyyat məlumatlarının sistemli şəkildə araşdırılmasına və ümmumiləşdirilməsinə həsr olunub. Epoksiakrilat oliqoefirlərinin və propantriol əsasında sintez olunan epoksiakrilat oliqoefirlərinin sintezi, tərkiblərinin və quruluşlarının müəyyən edilməsini, onların əsasında müxtəlif xassəli və təyinatlı kompozisiya materialların işlənib hazırlanmasını əks etdirən elmi və elmi-texniki məlumatlar verilib, bu məlumatlar araşdırılaraq sistemləşdirilib.

Kitabdan kimya sahəsi üzrə təhsil alan tələbələr, magistrlər, doktorantlar, dissertantlar, ali təhsil müəssisələrinin müəllimləri, polimer materiallarının alınması, tətbiq və tədqiq sahələrinin öyrənilməsi istiqamətində çalışan elmi işçilər, kimyaçı mühəndislər yararlana bilərlər.

334 səhifə və 4 fəsildən ibarət olan monoqrafiya institutun Elmi şurasının qərarına əsasən “Azəri” nəşriyyatında çap olunub.

Tehsil-press.az

Oxşar xəbərlər