Rövşən Nəcəf FİFA prezidentinə təşəkkür etdi

Rövşən Nəcəf FİFA prezidentinə təşəkkür etdi AFFA prezidenti Rövşən Nəcəf FIFA prezidenti Canni İnfantinoya təşəkkür edib.

Bu barədə o, sosial şəbəkə hesabında yazıb.

“Bu mühüm və tarixi qərar dövlət başçıları arasında mövcud olan dostluq münasibətlərinin, ölkələrin rifahına və inkişafına yönələn siyasətin, həmçinin hər iki ölkədə idmana göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir. Dəstəyə görə FIFA prezidenti Canni İnfantinoya və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürümü bildirirəm”, – paylaşımda deyilir.

Qeyd edək ki, FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər