BDU-nun Jurnalistika fakültəsində Vətən müharibəsi iştirakçısı Pərviz Aslanovla görüş

BDU-nun Jurnalistika fakültəsində Vətən müharibəsi iştirakçısı Pərviz Aslanovla görüş Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində ehtiyatda olan baş leytenant, jurnalist, Vətən müharibəsi iştirakçısı Pərviz Aslanovla görüş keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Əliyev bildirib ki, Pərviz Aslanov 44 günlük Vətən müharibəsinin aktiv iştirakçısı olub, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Daha sonra çıxış edən Pərviz Aslanov jurnalistika sahəsindəki fəaliyyətindən, hərbi jurnalistikaya olan marağından və İctimai Televiziyada yayımlanan “Salam, əsgər” verilişinin aparıcısı olduğu dövrdəki təcrübəsindən söz açıb. O, gənclərdə yüksək vətənpərvərlik ruhunun qələbənin əsas səbəblərindən biri olduğunu vurğulayıb.

Pərviz Aslanov həmçinin 44 günlük Vətən müharibəsində iştirakı, xüsusilə Şuşa döyüşlərində əldə olunan uğurlar, eləcə də müharibə dövründə medianın rolu və informasiya cəbhəsində qazanılan nailiyyətlər haqqında tələbələri məlumatlandırıb.

Görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər